Müştəri Təcrübəsinin Sadə Riyaziyyatı

müstəri təcrübəsi hesablanması

Çox vaxt “Müştəri Təcrübəsi” (Customer Experience – CX) sözlərini eşidəndə insanların ağlına mehribanlıq, empatiya və ya sadəcə müştərilərlə nəzakətli davranmaq gəlir. Bunlar doğrudur, amma CX bununla məhdudlaşmır. Müasir rəqabətli bazarda CX – ölçülə bilən investisiya gəlirliliyi (ROI) olan biznes strategiyasıdır. CX təcrübənin necə birbaşa gəlirə, müştəri saxlamağa və böyüməyə təsir etdiyini başa düşən şirkətlər uzunmüddətli uğura daha yaxşı hazır olur.

Müştəri Təcrübəsi əslində sadə bir formula kimi işləyir. Siz itkiləri azaltdığınızda, məmnuniyyəti artırdığınızda və müştəriləri brendinizin təbliğatçısına çevirdiyinizdə, sadəcə onları xoşbəxt etmirsiniz – birbaşa şirkətin böyüməsinə təsir edirsiniz.

CX-in təsirini sadəcə hisslərdə deyil, riyaziyyatla, konkret rəqəmlərlə ölçmək mümkündür. Mən buna “CX riyaziyyatı” deyirəm.

Gəlin bir yerdə hesablayaq:

1. Müştəri itkisini azaldın → gəlirinizi qoruyun

Orta hesabla, yeni müştəri qazanmaq, mövcud müştərini saxlamaqdan 5–7 dəfə baha başa gəlir. Lakin bir çox şirkət diqqəti hələ də yeni müştəri cəlbinə yönəldir. Çünki görünən nəticələr “asan qələbə” kimi görünür. Halbuki, sadə riyaziyyat hesabı deyir:

  • Əgər sizin 1000 müştəriniz var və hər biri ildə orta hesabla 500 AZN xərcləyirsə, bu 500,000 AZN gəlir deməkdir.
  • İllik müştəri itkisi 10% olarsa, siz 50,000 AZN itirirsiniz.
  • Əgər təcrübəni yaxşılaşdıraraq müştəri itkisini 5%-ə endirsəniz, bu artıq 25,000 AZN əlavə qazancdır – heç bir əlavə reklam xərci olmadan.

2. Təcrübəni yaxşılaşdırın → CLV-ni artırın

Müştərinin Ömürlük Dəyəri (CLV) – bir müştərinin sizinlə bütün əməkdaşlıq dövründə gətirdiyi ümumi gəlirdir. Burada sadə hesab belədir:

  • Əgər bir müştəri ildə 500 AZN xərcləyir və sizinlə orta hesabla 3 il qalırsa, CLV = 1,500 AZN.
  • Əgər siz CX vasitəsilə müştərinin qalma müddətini 3 ildən 4 ilə və illik xərcini 10% artırırsınızsa, CLV 1,500-dan 2,200-ə AZN yüksəlir. Yəni təcrübəyə edilən hər investisiya, müştərinin “ömür dəyərini” artırır.

3. Tövsiyəni gücləndirin → yeni müştərinin cəlbetmə xərclərini azaldın

Çox şirkət hələ də düşünür ki, ən böyük marketinq büdcəsi olan qazanır. Amma ən güclü reklam məmnun müştərinin səsidir.

  • Tədqiqatlar göstərir ki, yeni müştərilərin 60%-i yaxınlarının tövsiyəsinə əsasən seçim edir.
  • Əgər sizin tövsiyə dərəcəniz (yəni müştəri sizi başqasına tövsiyə etmə ehtimalı) 10% artsa, bu minlərlə manat reklam büdcəsinə qənaət deməkdir.

Artım təsiri

CX-in gözəlliyi odur ki, təsiri artım şəkildə böyüyür. İlk il, daha az itki və daha çox xərcləmə hesabına qazanc görünür. İkinci il, saxladığınız müştərilər yenidən alır, üstəlik yeni tövsiyələr gətirir. Üçüncü ildə isə bu sadiqlik güclü, davamlı müştəri bazasına çevrilir. Bu, maliyyədəki faiz gəlirinə bənzəyir: nə qədər tez investisiya etsəniz, uzunmüddətli geridönüş bir o qədər böyük olur.

CX sadəcə “müştəriyə yaxşı baxmaq” deyil – biznes strategiyasıdır, özü də ən gəlirli olanı. Ən yaxşısı isə odur ki, rəqəmlər yalan danışmır. Riyaziyyat sadədir: yaxşı təcrübə → daha çox gəlir.


Brands Voice-da biz şirkətlərə müştəri saxlama, tövsiyə və real artımı təmin edən ölçülə bilən CX strategiyaları qurmağa kömək edirik. Əgər müştəri təcrübəsini sizin üçün ən etibarlı inkişaf mühərrikinə çevirməyə hazırsınızsa, gəlin danışaq.

Similar Posts